Panorama Hotel

Panorama Hotel 2018 ci ildə fəaliyyətə başlayıb.Hotel respublikamızın səfalı və mənzərəli bir guşəsi olan Oğuz rayonunda yerləşir.

Panorama Hotel
Panorama Hotel
Panorama Hotel
Panorama Hotel

Xoş və mənalı istirahət məqsədiylə füsunkar təbiəti ilə göz oxşayan "Panorama Oğuz Hotel" istirahət mərkəzində istirahət etsəniz yanılmazsınız. İstirahət mərkəzində rahatlığınızı təmin edəcək 3 otaqlı koteclər və açıq restoran mövcuddur. Təbii ki, bu restoranda Azərbaycan, xüsusi ilə Oğuz mətbəxinin ləziz təamları ilə bərabər, Avropa mətbəxinin çeşidləri də sizlərə təklif olunacaq. Restoranda səhər yeməyi ödənişsizdir. "Housekeeping" xidməti otaqlarınızın daim səliqəli və təmiz saxlanılması üçün gündəlik fəaliyyət göstərir. Uşaqlı valideynlərin rahat istirahət etməsini təmin etmək məqsədi ilə uşaqlar üçün xüsusi guşə yaratmağı da unutmayıb. İstirahət mərkəzi ərazisində Wi-Fi dan pulsuz istifadə edə bilərsiniz. "Panorama Oğuz Hotel" ərazisində həm də avto dayanacaq mövcuddur.Yeri gəlmişkən "Panorama Oğuz Hotel"i seçənlərə istirahət xidmətləri göstərməklə yanaşı, qonaqlara Oğuz şəhərinin gəzməli məkanları, eləcə də tarixi abidələri ilə tanış olmaq, görməli yerlərinə turlar təşkil etmək imkanları da təklif edilir. Siz bu məqsədlə bələdçi xidmətindən də istifadə edə bilərsiniz.

Qiymətlər (Səhər yeməyi daxildir.)

Standart kotec : 2 nəfər 118 azn

Standart kotec : 4 nəfər 180 azn

VİP kotec : 2 nəfər 199 azn

VİP kotec : 4 nəfər 249 azn

Ekstra bed 25 azn.

Diqqet: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.

QEYD: Qiymətlər yenilənə bilər, daha dəqiq məlumat üçün əlaqə saxlayın.

Ünvan: Oğuz rayonu, S.Qazıyev küç. 21

Əlaqə: +994702153923  》《 +994552352299